Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq
12.01.11 22:46

Yanvarın 20-nə kimi Dövlət Akademik Opera və Balet Teatrında yeni kollektiv formalaşacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya teatrın direktor müavini Azər Mirzəyev verib. Onun sözlərinə görə, yeni formalaşacaq kollektivdə həm aktyor heyətində, həm də digər yaradıcı heyətdə müxtəlif dəyişikliklər gözlənilir. “Yeni kollektiv müqavilə sistemi ilə formalaşacaq. Kadr dəyişiklikləri qaçılmazdır. Burada teatra yeni aktyorların gəlişi, o cümlədən yeni inzibati işçilərin işə götürülməsi də olacaq. Eyni zamanda kollektivdən gedənlər də olacaq”,-deyə direktor müavini vurğulayıb. O, qeyd edib ki, yeni kollektiv formalaşdıqdan sonra teatrda tamaşaların afişaları bəlli olacaq.
URL / WWW
http://kelam.az/article/a-2715.html