Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Elmin İnkişafı Fondu bu ilin ilk qrant müsabiqəsini elan edib
12.01.11 19:46

Azərbaycan Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) elmi tədqiqat proqramları, layihələri və digər elmi tədbirlərin maliyyələşdirilməsi məqsədi ilə cari ildə I qrant müsabiqəsini elan edib. EİF-dən KƏLAMİNFO-ya verilən məlumata görə, müsabiqədə qurumlar və elmi yaradıcı kollektivlər (alimlərin, mütəxəssislərin və ya qurumların iştirakı ilə müvəqqəti olaraq təşkil olunmuş), alimlər, mütəxəssislər və digər fiziki şəxslər, iştirak edə bilərlər. Müsabiqədə yer elmləri, biologiya, tibb və aqrar elmləri, kimya, fizika-riyaziyyat və texnika elmləri maliyyələşdirilir. Bu tip layihələrin qrantlar yolu ilə maliyyələşdirilməsində məqsəd sadalanan elm sahələrində yerinə yetirilən elmi tədqiqat işlərinin maddi-texniki təminatının müasir tələblərə cavab verən səviyyədə dəstəklənməsidir. Qeyd edək ki, müsabiqədə iştirak etmək üçün ərizələr, ərizəyə əlavə olunan müvafiq sənədlər və digər müşayiətedici materiallar bu gündən başlayaraq qəbul olunur. Müsabiqədə iştirak etmək üçün müvafiq sənədlərin və digər müşayiətedici materialların qəbulu 11 fevral 2011-ci il saat 17:00-da başa çatır. Müsabiqənin nəticələri 4 aprel 2011-ci il tarixindən gec olmayaraq açıqlanacaq. Bu il üçün qrant maliyyələşdirilməsinin cəmi həcmi 6 100 000 manatdır. Xatırladaq ki, EİF ötən il oxşar 2 qrant müsabiqəsi elan edib
URL / WWW
http://kelam.az/article/a-2713.html