Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Politoloq: “Avropa Birliyi Dağlıq Qarabağ münaqişəsinin həllini vaxtsız hesab edir”
12.01.11 19:46

Ötən il ərzində Avropa Birliyi (Aİ) ilə Rusiya arasında müəyyən razılıqlar əldə olunmasına baxmayaraq, məsələyə Azərbaycanın prizmasından yanaşdıqda, bu danışıqlarda ziddiyyətli məqamların olduğu ehtimalı ortaya çıxır. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Siyasi İnnovasiya və Texnologiya Mərkəzinin sədri, politoloq Mübariz Əhmədoğlu bildirib. O, bunu onunla izah edib ki, ilk olaraq Aİ-Rusiya müzakirəsinin gündəliyinə Dnestryanı və Dağlıq Qarabağ münaqişələrinin tənzimlənməsi salınmışdı. “Amma, sonradan Aİ rəsmilərinin verdiyi bəyanatlardan aydın oldu ki, Aİ daha çox Dnestryanı münaqişənin tənzimlənməsində maraqlıdır. Belə çıxır ki, Aİ DQ münaqişəsinin tənzimlənməsini vaxtsız hesab edir. Ola bilər, bu, Ermənistanın xristian faktorunu şişirtməsi ilə əlaqəli olsun. Aİ-nin belə mövqeyinə onun MDB məkanında baş verənlərə baxışı və ya siyasətinin tam formalaşmaması və ya qərəzli formalaşması kimi yanaşmaq olar”,-deyə M.Əhmədoğlu vurğulayıb. Qeyd edək ki, ötən ilin sonlarında Aİ ilə Rusiya arasında baş tutan razılaşmada Aİ Rusiyanın Ümumdünya Ticarət Təşkilatına (ÜTT) üzv olmasına razılıq verib.
URL / WWW
http://kelam.az/article/a-2712.html