Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » AMEA-da akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirilir
13.01.11 02:46

Bu gün AMEA-nın Rəyasət Heyətində riyaziyyat sahəsində tanınmış alim, əməkdar elm xadimi, akademik Zahid Xəlilovun 100 illik yubileyinə həsr olunmuş beynəlxalq konfrans keçirildi. KƏLAMİNFO xəbər verir ki, konfransda bir sıra ölkələrdən, o cümlədən dünyanın qabaqcıl elmi mərkəzlərində riyaziyyat sahəsində çalışan əslən azərbaycanlı olan alimlər məruzələrlə çıxış edəcəklər. Tədbirdə çıxış edən AMEA-nın prezidenti Mahmud Kərimov onun həyat və elmi yaradıcılığına nəzər salaraq bildirib ki, Z.Xəlilov Azərbaycanda riyaziyyat məktəbinin banisi hesab olunur. Onun sözlərinə görə, Z.Xəlilovun Azərbaycan elminin təşkilində böyük rolu olub. Bildirilib ki, uzun müddət Azərbaycan MEA-nın Mexanika-Riyaziyyat İnstitutunun direktoru, akademik-katib, vitse-prezident və Azərbaycan EA-nın prezidenti, SSRİ Ali Sovetinin deputatı olub. Həmçinin Z Xəlilov ömrünün axırına kimi keçmiş SSRİ-də həm sovet riyaziyyatçılarının, həm də sovet mexaniklərinin milli komitələrinin üzvü olub. Elmin və mədəniyyətin inkişafındakı misilsiz xidmətlərinə görə, 1960-cı ildə Zahid Xəlilova "Əməkdar elm xadimi" fəxri adı verilib. Konfransda çıxış edən Akif Hacıyev isə qeyd edib ki, Zahid Xəlilov 1911-ci ildə Tiflisdə anadan olub. A.Hacıyev vurğulayıb ki, Zahid Xəlilovun həyatında ilk elmi rəhbəri görkəmli alim, professor Stefan Berqman, sonra akademik N.İ.Musxelişvilinin böyük rolu olub. A. Hacıyev təəsüflə bildirib ki, böyük alim cəmi 63 il yaşayıb. Konfransda çıxış edən BDU-nun rektoru Abel Məhərrəmov isə bu günü təkcə riyaziyyatçıların bayramı deyil, ümumxalq bayram günü kimi dəyərləndirib. Onun sözlərinə görə, Zahid Xəlilova qədər Azərbaycanda riyaziyyat elminin mühiti formalaşmışdı, lakin akademik Zahuid Xəlilov riyaziyyat elminin məktəbini yaradıb. A.Məhərrəmov bu gün Bakı Dövlət Universitetinin məhz akademikin adını daşıyan küçədə yerləşməsini burda işləyən və oxuyan hər bir insanın daha da məsuliyyətli olmasında kömək etdiyini qeyd edib. Xatırladaq ki, Z.Xəlilovun 72-dən çox elmi məqaləsi çap olunub.Z. Xəlilov 1974-cü il fevralın 4-də 63 yaşında Bakı şəhərində vəfat edib.
URL / WWW
http://kelam.az/article/a-2711.html