Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanda 443 min əlil var
12.01.11 19:46

“Azərbaycanda ötən ilin yekunlarına görə 443 min əlil var ki, onların da 80 mindən çoxu birinci qrup, 260 mini isə ikinci qrup əlillərdir”. Bunu KƏLAMİNFO-ya müsahibəsində “Müstəqil Həyat” İnkişaf və Dəstək Mərkəzinin direktoru Aydın Xəlilov bildirib. Onun sözlərinə görə, bununla belə bu əlillərin ölkədə dəqiq sayı kimi qəbul edilə bilməz. “Çünki əlillik dərəcəsi almaq proseduru bir çox insanların bu işi axıra qədər çatdırmasına imkan vermir. Mənə elə gəlir ki, bu barədə qanunvericilikdə müəyyən iş aparılmalıdır. Çünki, hazırda elə insanlar var ki, yalandan əlillik alır, elə adamlar da var həqiqi əlil olduğu halda bu addan rəsmən hələ də məhrumdur. Məhz bu problemlə bağlı hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi müvafiq baza hazırlayır. Bu bazanın yaradılması qeyd olunan problemin aradan qaldırılmasında müsbət rol oynayacaq”,-deyə A.Xəlilov vurğulayıb. O, qeyd edir ki, hazırda işləməyən birinci qrup əlillər 50, ikinci qrup əlillər 40, üçüncü qrup əlillər isə cəmi 35 manat sosial müavinət alırlar. “Bu isə minimum istehlak səbəti üçün tələb olunan vəsaitdən azdır. Əlillərin kifayət qədər iş, təhsil, müalicə problemləri var”,- deyə o, əlavə edib. Ekspertin fikrincə, ölkədəki əlillərin əksəriyyəti evlərindən bayıra çıxa bilmir. “Əlillərin itlə gəzməsi qadağandır. Əksər küçələrdə, keçidlərdə, pilləkənlərdə, binalarda, liftlərdə, əlillər üçün cığırlar yoxdur. Bakının və digər yaşayış yerlərinin baş planları tərtib olunarkən bu nəzərə alınsa daha yaxşı olar”,-deyə A.Xəlilov məsələyə münasibət bildirib.
URL / WWW
http://kelam.az/article/a-2710.html