Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ekspert: “Məcburi köçkünlərə sosial yardımda dəyişikliklərin edilməsi dövlət büdcəsində ciddi qənaətin yaranmasına gətirib çıxarmayacaq”
12.01.11 19:46

Məcburi köçkünlərə sosial yardımda dəyişikliklərin edilməsi dövlət büdcəsində ciddi qənaətin yaranmasına gətirib çıxarmayacaq. Bu barədə İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri Vüqar Bayramov KƏLAMİNFO-ya müsahibəsində bildirb. İqtisadçının sözlərinə görə, məsələ təkcə məcburi köçkünlərə verilən vəsaitin böyük olmasında deyil. “Onlara verilən yardım mexanizminin dəyişdirilməsi, bir sıra məcburi köçkün ailələrinə yardımın dayandırılması sosial təminat baxımından da arzuolunan deyil. Məcburi köçkünlər sosial baxımdan ən az təmin olunan təbəqədir. Edilən dəyişikliklərin əsaslandırılması iqtisadi-sosial aspektlə bərabər, hüquqi baxımdan da asan deyil. Yeni dəyişikliklərə görə, məcburi köçkün ailəsində bir ailə üzvünün köçkün olmaması bütün ailəni yardım almaq hüququndan məhrum edir. Yeni qanuna görə, ailədə bir şəxsin köçkün olmaması digər ailə üzvünün də sosial hüququnun tapdanmasına səbəb olur. Bu isə hüquqi əsaslara tamamilə ziddir”,-deyə V.Bayramov vurğulayıb. İqtisadçının dediyinə görə, dövlət büdcəsində məcburi köçkünlərə ayrılan vəsaitin çoc kiçik olması, eyni zamanda 2011-ci ildə büdcə dəyərinin 15 mlrd. dollardan çox olacağı, dəyişikliklərin dövlət büdcəsində ciddi qənaət yaratmayacağına birbaşa sübutdur. Qeyd edək ki, Azərbaycan hökumətinin məcburi köçkünlərin siyahısının yenidən dəqiqləşdirilməsinə dair qəbul etdiyi və yanvarın 1-dən qüvvəyə minən qərarına əsasən dövlət qulluğunda, Silahlı Qüvvələrdə çalışan məcburi köçkünlər, məcburi köçkün rayonundan olan şəxslərlə ailə qurmuş digər rayonlardan olan qadınlar, valideynlərindən biri məcburi köçkün olan uşaqlar çörəkpulu müavinəti ala bilməyəcəklər. Sözügedən qərarın 70 mindən artıq insana şamil olunacağı bildirilir.
URL / WWW
http://kelam.az/article/a-2709.html