Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin müzakirəsi gözlənilir
13.01.11 02:44

Yaxın vaxtlarda ABŞ Konqresində Dağlıq Qarabağ münaqişəsinin danışıqlar vasitəsilə nizamlanması məsələsinin müzakirəsi gözlənilir. KƏLAMİNFO erməni mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Avrasiya məsələləri üzrə eksperti Cim Nikol bildirib. O, qeyd edib ki, Konqresin Tədqiqatlar Xidmətinin məruzəsində də bu fikir vurğulanıb. “Konqresmenlər və Konqresin müxtəlif komitə üzvləri üçün hazırlanmış sənəddə bildirilir ki, ABŞ Konqresinin 112-ci çağırışının ilk iclasında Dağlıq Qarabağ münaqişəsinin dinc danışıqlar vasitəsilə nizamlanması yolları müzakirə olunacaq. Burada həmçinin Azərbaycanın enerji sektorunun inkişafı və s. məsələlərin gündəliyə daxil edilməsi də gözlənilir”,-deyə C.Nikol vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2708.html