Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » J.M.Barruzo: “Avropa İttifaqı Azərbaycanla münasibətlərin dərinləşdirilməsini mühüm vəzifə hesab edir”
12.01.11 19:44

“Azərbaycan və Türkmənistan "Şərq tərəfdaşlığı" və Mərkəzi Asiya strategiyası çərçivəsində Avropa İttifaqı üçün əsas tərəfdaşlardır.” KƏLAMİNFO xəbər verir ki, bu barədə Avropa Komissiyasının rəhbəri Joze Manuel Barruzonun Azərbaycana səfəri ərəfəsində qrumun Bakı ofisi açıqlama yayıb. J.M.Barruzo bildirir ki, Aİ Azərbaycanla münasibətlərin dərinləşdirilməsini mühüm vəzifə hesab edir. "Biz uzunmüddətli təhlükəsizliyin və Avropada enerji resurslarının nəqlinin şaxələndirilməsinin təmin olunmasında maraqlıyıq. Ona görə də mən Xəzər regionundan bilavasitə avropalı istehlakçılara qaz çatdıracaq "Cənub qaz dəhlizi" layihəsinin reallaşdırılması üçün hər cür səy göstərmək fikrindəyəm. Əminəm ki, birlikdə bu strateji təşəbbüsü həyata keçirmək üçün zəruri şərait yarada bilərik",-deyə Aİ-nin rəhbəri vurğulayıb. Qeyd edək ki, sabah Bakıya səfəri çərçivəsində Avropa Komissiyasının rəhbəri və Prezident İlham Əliyevin "Cənub dəhlizi"nin yaradılması barədə birgə bəyannamə imzalayacaqları gözlənilir. Eləcə də Azərbaycanda siyasi və iqtisadi islahatların dəstəklənməsi üzrə "Modernləşmək üçün tərəfdaşlıq" Aİ-Azərbaycan bəyannaməsinin razılaşdırılması planlaşdırılır.
URL / WWW
http://kelam.az/article/a-2707.html