Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkiyə üçüncü Atom Elektrik Stansiyasını Fransa ilə birgə tikəcək
11.01.11 17:03

Türkiyə Fransa ilə üçüncü Atom Elektrik Stansiyasının (AES) tikintisi ilə bağlı danışıqlara başlayıb. KƏLAMİNFO Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu sözləri Türkiyənin enerji və təbii sərvətlər naziri Tanər Yıldız deyib. Onun sözlərinə görə, Fransanın 3 böyük şirkəti Areva, GDF və EDF Türkiyədə Atom Elektrik Stansiyasının (AES) tikintisində əməkdaşlığa maraqlıdırlar. Nazir qeyd edib ki, ikinci AES-in qurulmasında Yaponiya ilə danışıqlar aparırıq və onların təcrübəsindən istifadə edəcəyik. Qeyd edək ki, Rusiya ilə Türkiyə ilk atom elektrik stansiyasının tikintisi ilə bağlı 2010-cu il mayın 12-də müqavilə imzalayıb. Həmin müqaviləyə əsasən Rusiyanın köməkliyi ilə Aralıq dənizi sahillərində qurulacaq stansiyanın tikintisi 20 mlrd. dollara başa gələcək.
URL / WWW
http://kelam.az/article/a-2705.html