Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək
11.01.11 17:03

Yanvarın 13-də Vaşinqtondakı Mərkəzi Asiya və Qafqaz İnstitutunda “Azərbaycan müstəqillikdən sonra” mövzusunda tədbir keçiriləcək. KƏLAMİNFO xəbər verir ki, tədbirdə Mərkəzi Asiya və Qafqaz İnstitutunun və İpək Yolu Tədqiqat Proqramı Mərkəzinin elmi araşdırmalar üzrə direktoru Svante Kornelin müəllifi olduğu “Azərbaycan müstəqillikdən sonra” kitabı ətrafında fikir mübadiləsi aparılacaq. Bundan əlavə, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, ölkəmizdə həyata keçirilən geniş infrastruktur layihələri ilə bağlı məsələlər müzakirə olunacaq. Mərkəzi Asiya və Qafqaz İnstitutunun rəhbəri Frederik Starr da tədbirdə iştirak edəcək.
URL / WWW
http://kelam.az/article/a-2702.html