Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Xəzər rayonunun müasir kadastrının yaradılması nəzərdə tutulub
11.01.11 17:03

Xəzər rayonunun şəhər kadastrı layihəsinin həyata keçirilməsi və müasir kadastrın yaradılması nəzərdə tutulub. Bu layihəyə qrant ayrılması üçün Azərbaycan hökuməti və Koreyanın Beynəlxalq Əməkdaşlıq Agentliyinə (KOİCA) müraciət olunub. Bu barədə məlumatı KƏLAMİNFO-ya açıqlamasında Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi (DTXK) Dövlət Torpaq Kadastrı və Monitorinqi Elm-İstehsalat Mərkəzinin direktoru Nazim İsmayılov söyləyib. Müraciətin bir neçə ay öncə ünvanlandığını xatırladan N.İsmayılov hələlik müraciətə hər hansı bir cavabın verilmədiyini qeyd edib. Xatırladaq ki, oxşar layihə Xəzər rayonunun Zirə qəsəbəsində həyata keçirilib. Nəticədə KOİCA tərəfindən ayrılan 1.500.000 dollar hesabına Zirənin 1000,0 ha (10 kv.km) sahəsində pilot şəhər kadastrı yaradılıb. Koreyalılarla birgə həyata keçirilən layihə çərçivəsində, həmçinin pilot ərazidə torpaq kadastr (şəhər kadastrı) informasiya sistemi yaradılıb, kadastr xidməti üçün lazım olan server, noutbuk, Coğrafi İnformasiya Sistemi proqram təminatı, mövqe müəyyən etmə stansiyası (GPS, taxemetr), plotter, skaner avadanlıqları, habelə kadastr işlərini görmək üçün avtomobilin alınması ilə təchiz olunub, çöl və kameral şəraitində birgə torpaq kadastr ölçmə işləri yerinə yetirilib. 1000 ha ərazinin 1:1000 miqyasında 31 ədəd ortofotoplan, 3993 torpaq mülkiyyətçilərinin mülkiyyətlərində olan sahələri ölçülüb.
URL / WWW
http://kelam.az/article/a-2701.html