Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Bu gün nazir Əli Abbasov Pakistana yola düşür
12.01.11 03:02

Bu gün rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov İslam Konfransı Təşkilatının Elm və Texnoloji Əməkdaşlıq Komitəsinin (COMSTESH) Baş Assambleyasının 14-cü toplantısında iştirak etmək üçün Pakistanın paytaxtı İslamabada yola düşür. Bu barədə məlumatı KƏLAMİNFO-ya Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin mətbuat xidmətindən veriblər. Toplantı Pakistanın prezidenti, COMSTESH-nin sədri Asif Əli Zərdarinin sədrliyi ilə baş tutacaq. Açılış mərasimində Ə.Abbasov ölkəmizdə İKT, elm, texnolgiya sahəsində həyata keçirilən dövlət siyasəti bağlı çıxış edəcək. O, Regional İnnovasiya Zonaları, “Trans-Avrasiya Super İnformasiya Magistralı” layihələri haqqında məlumat verəcək. İclas yanvarın 13-ə kimi davam edəcək. Qeyd edək ki, Azərbaycan qurumda Daimi Komitənin ali orqanı olan İcraiyyə Komitəsinin üzvüdür. İcraiyyə Komitəsinin ötən ilin mart ayında Ər-Riyad şəhərində keçirilmiş toplantısı zamanı komitə üzvləri son illər ölkəmizdə yüksək texnologiyalar və süni peyklər sahəsində aparılan nümunəvi işləri nəzərə alaraq Azərbaycanı nativ enerji mənbələri üzrə islam ölkələri şəbəkəsinin əlaqələndiricisi seçib.
URL / WWW
http://kelam.az/article/a-2699.html