Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Türkiyədəki ermənipərəstlərin fikirlərinə görə, Ankara Bakını sındıra bilmədi”
11.01.11 02:04

“Son bir-neçə ayda Türkiyənin Dağlıq Qarabağ (DQ) münaqişəsinin tənzimlənməsi ilə bağlı mövqeyi sırf azərbaycanpərəst olmaqla getdikcə daha da sərtləşir”. Bu fikirləri KƏLAMİNFO-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib. Politoloqun fikrincə, İstanbulda İƏT-in tədbiri zamanı DQ məsələsi danışıqlarda əsas müzakirə mövzusu olması buna bariz misaldır. “Azərbaycan prezidenti ilə bağlı qapılar arxasında keçirilən bu görüşlərə münasibət bildirərkən prezident Abdullah Gül DQ məsələsi ilə bağlı “açdığımız və açmadığımız məsələlər var” dedi. A.Gülün fikrincə, Azərbaycan və Türkiyə arasında tam qarşılıqlı etimad var. Məhz bu ərəfədə Azərbaycanla Türkiyə arasında Strateji Tərəfdaşlıq və Qarşılıqlı Yardım haqqında müqavilənin mətni açıqlandı və ratifikasiya olundu. Eləcə də bu iki dövlət arasında Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının yaradılması haqqında birgə bəyannamə də ratifikasiya edildi. Bütün bunlar Türkiyənin mövqeyinin daha da sərtləşməsindən xəbər verir”,-deyə ekspert vurğulayıb. F.Sadıxovun sözlərinə görə, Türkiyə ilə Azərbaycan arasında son dövrlər istiləşmiş münasibətlər Türkiyədəki türk millətindən olan ermənipərəstləri ciddi narahat edir. “Onların fikirlərinə görə, Ankara Azərbaycanı sındıra bilmədi, özü Bakının qabağında əyildi”,-deyə politoloq əlavə edib.
URL / WWW
http://kelam.az/article/a-2694.html