Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin hesabatları dinlənilib
11.01.11 01:45

Təhsil Nazirliyində Ali və orta ixtisas təhsili və Beynəlxalq əlaqələr şöbələrinin 2010-cu ilin yekunlarına dair hesabatları dinlənilib. Təhsil Nazirliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, Ali və orta ixtisas təhsili şöbəsinin müdiri İlham Mustafayev rəhbərlik etdiyi şöbənin fəaliyyətinin əsas istiqamətləri, 2010-cu il üçün nəzərdə tutulan tədbirlərin həyata keçirilməsi istiqamətində görülən işlərdən söz açıb. Şöbə müdiri bildirib ki, şöbə əməkdaşlarının iştirakı ilə ali məktəblərdə kredit sisteminin tətbiqi ilə bağlı simpozium, konfrans, seminar, treninqlər keçirilib, 2010-cu il üçün ali və orta ixtisas təhsili müəssisələrinə tələbə qəbulu planının layihəsi hazırlanıb, ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı müvafiq addımlar atılıb, 2009-2010-cu tədris ilinin imtahan sessiyalarının təşkili və monitorinqi yerinə yetirilib. İ.Mustafayev Dünya Bankının vasitəsilə Yaponiya hökumətindən alınan qrant hesabına ali təhsilin islahatı üzrə layihənin hazırlanması, “2009-2013-cü illərdə Azərbaycan Respublikasının ali təhsil sistemində islahatlar üzrə Dövlət Proqrammı” və “2010-2013-cü illərdə Azərbaycan Respublikasının orta ixtisas təhsili sistemində islahatlar üzrə Tədbirlər proqrammı” çərçivəsində həyata keçirilən tədbirləri nəzərə çatdırıb.O, 2011-ci ildə görüləcək işləri sadalayıb, hesabatla bağlı sualları cavablandırıb. Beynəlxalq əlaqələr şöbəsinin müdiri Qulu Novruzov şöbənin fəaliyyətinin əsas istiqamətlərini, ötən il beynəlxalq əməkdaşlıq sahəsində atılan addımları nəzərə çatdıraıb. Sonda təhsil naziri Misir Mərdanov hər iki şöbənin ötən ildə gördüyü işlərlə bağlı fikirlərini bildirib, bir sıra məsələlərlə bağlı tövsiyyə və tapşırıqlarını verib.
URL / WWW
http://kelam.az/article/a-2691.html