Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda Dəyirmi masa keçiriləcək
11.01.11 01:45

Söz Azadlığını Müdafiə Fondu (SAMF) Prezident yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Dağlıq Qarabağ münaqişəsi nəticəsində zərər çəkən rayonların diyarşünaslıq muzeylərinin virtual pilot şəbəkəsinin yaradılması” layihəsini başa vurub. Bu barədə məlumatı KƏLAMİNFO-ya SAMF-dan veriblər. Qeyd edək ki, üç ay ərzində layihə çərçivəsində işğal altında olan tarix-diyarşünaslıq muzeyləri barəsində geniş informasiya bazası yaradılıb, 300-dən artıq eksponatın surətləri çıxarılıb, o cümlədən muzeylərin hazırki fəaliyyəti ilə bağlı çoxsaylı görüşlər keçirilib. Bununla yanaşı toplanılan materiallar əsasında www.diyarshunasliq.az informasiya portalı istifadəyə verilib. Layihənin yekun təqdimatı “Diyarşünaslıq muzeyləri və erməni vandalizmi” mövzusunda keçiriləcək Dəyirmi masada ictimai müzakirəyə çıxarılacaq. Dəyirmi masanın yanvarın 14-ü “Kaspian plaza” Biznes Mərkəzində keçirilməsi qərara alınıb.
URL / WWW
http://kelam.az/article/a-2690.html