Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Səfir Aqşin Mehdiyev BMT-də “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” ilə bağlı keçirilən müzakirələrdə çıxış edib
12.11.09 20:55

BMT-nin Nyu-York şəhərindəki baş qərargahında “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” adlı bəndi üzrə Avstriyanın sədrliyi altında açıq müzakirələr keçirilib. KƏLAMİNFO xəbər verir ki, iclasın əvvəlində “Silahlı münaqişələr zamanı mülki şəxslərin mühafizə olunması” adlı qətnamə qəbul edilib. BMT üzvü olan əksər dövlətlər kimi, Azərbaycan da həmin qətnaməyə həmmüəllif qismində qoşulub. Müzakirələrdə Təhlükəsizlik Şurasının 15 üzvündən əlavə, 45-ə yaxın digər BMT üzv dövləti də məsələyə münasibət bildirib. Azərbaycanın BMT yanında daimi nümayəndəsi, səfir Aqşin Mehdiyev çıxışında ölkəmizin müzakirə edilən məsələyə xüsusi maraq göstərdiyini qeyd edib, mülki şəxslərə silahlı münaqişənin təsiri və münaqişə tərəflərinin beynəlxalq hüquq üzrə götürdükləri öhdəliklərin yerinə yetirilməsi məsələsinin bölgəmiz üçün əhəmiyyət daşıdığını bildirib. Səfir qeyd edib ki, Azərbaycan ərazisinin bir qisminin Ermənistanın işğalı altında olması nəticəsində ölkəmizin çoxlu sayda əhalisi qaçqın və məcburi köçkün problemindən əziyyət çəkir. Səfir Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində Ermənistan tərəfindən törədilən soyqırımını da müzakirə olunan məsələ kontekstində xüsusi qeyd edib, həmin münaqişə zamanı mülki şəxslərə qarşı beynəlxalq ictimai təhlükəli cinayətlərin törədildiyini bildirib. Daha sonra qeyd edilib ki, BMT Təhlükəsizlik Şurasında artıq on ildir ki, silahlı münaqişə zamanı mülki şəxslərin mühafizə edilməsi məsələsinin müzakirə olunmasına baxmayaraq, beynəlxalq humanitar hüququn normaları hələ ki, bir sıra dövlətlər, o cümlədən Ermənistan tərəfindən kobud şəkildə pozulmaqdadır.
URL / WWW
http://kelam.az/article/a-269.html