Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Son iki ayda Mətbuat Şurasına qəzetlərlə bağlı 30 ərizə- şikayət daxil olub
11.01.11 01:45

Son iki ayda Mətbuat Şurasının (MŞ) “Reket jurnalistikaya” qarşı Mübarizə Komissiyasına qəzetlərin “reket” fəaliyyəti ilə bağlı ümumilikdə 30 ərizə-şikayət daxil olub. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Komissiyasının sədri Vüqar Rəhimzadə bildirib. O, qeyd edib ki, bu ərizələrdən 10-u MŞ-nın Şikayətlər üzrə Komissiyasından daxil olub. “Bu komissiya adətən onlara daxil olan ərizələri araşdırır və hansının tərkibində “reket”çilik əlaməti varsa onu bizə ünvanlayır. Bu müddət ərzində onlardan bizə daxil olan 10 ərizə məhz bu xarakterlidir. 20 ərizə isə şikayətçilər tərəfindən birbaşa bizə ünvanlananlardır”,-deyə komissiya sədri vurğulayıb. V.Rəhimzadənin sözlərinə görə, şikayətlər əsasən qəzetlər tərəfindən vətəndaşların şərəf və ləyaqətinin alçaldılması, hədə- qorxu və s. məzmunludur. “Hətta şikayətləri araşdırarkən şahid oluruq ki, onlardan bəzilərinin rəhbərləri əvvəllər “reket” elan olunan qəzetlərin sahiblərdir ki, indi başqa adla fəaliyyət göstərirlər. Yəni, yeni adla müəssisələrə və ayrı- ayrı şəxslərə qarşı “reket”çilik edirlər”,-deyə o, əlavə edib. V.Rəhimzadə bildirib ki, hazırda şikayətlər ciddi araşdırılır və komissiyanın yaxın günlərdə nəzərdə tutulan iclasında müvafiq qərar qəbul ediləcək. Xatırladaq ki, ötən il ərzində MŞ-a ümumilikdə 100 şikayətə baxılıb və bu şikayətlər əsasında 60 qəzet “reket” elan edilib.
URL / WWW
http://kelam.az/article/a-2689.html