Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Azərbaycanlı mütəxəssis “Olimpiya dərəcəli” hakim adını alıb
10.01.11 15:45

ABŞ-ın Florida ştatında FİLA prezidenti Rafael Martinettinin rəhbərliyi altında Hakimlər Kollefiyasının növbəti iclası keçirilib. Dünya hakimlərinin hakimlik dərəcələrinin artırılmasının müzakirə edildiyi iclasda hakimlik dərəcəsi artırılanlar arasında Azərbaycan Güləş Federasiyası Hakimlər Kollegiyasının sədri Əjdər Cəfərovun da adı var. Bu barədə məlumatı KƏLAMİNFO-ya Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən veriblər.Bu günə qədər beynəlxalq dərəcəli hakim kimi fəaliyyət göstərən Ə.Cəfərov bundan sonra olimpiya dərəcəli hakim adını daşıyacaq. Olimpiya dərəcəli hakim kimi 11-12 fevral tarixində Serbiyanın Belqrad şəhərində keçiriləcək Ljubomir Ivanovic-Gedzanın xatirəsinə həsr olunmuş yunan-Roma güləşi üzrə beynəlxalq turnirə dəvət alan Azərbaycan təmsilçisi FİLA tərəfindən həmin yarışın koordinatoru təyin edilib. Avropa ölkələrinin əksəriyyəti yığma komandalarını məhz bu turnirin nəticələrinə əsasən müəyyənləşdirir. Xatırladaq ki, ötən ilin avqust ayında Sinqapurda keçirilən yeniyetmələrin ilk Yay Olimpiya Oyunlarında hakimlik edən Ə.Cəfərovun görüşləri yüksək səviyyədə idarə etməsi FİLA rəsmiləri tərəfindən yüksək qiymətləndirilib. Buna qədər isə, Oilmpiya Oyunlarında ölkəmizi Hicran Şərifov hakim kimi təmsil edirdi.
URL / WWW
http://kelam.az/article/a-2688.html