Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq müşahidə olunur
07.01.11 17:28

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən KƏLAMİNFO-ya verilən məlumata görə, hazırda Böyük və Kiçik Qafqaz çaylarında ongünlük normadan yüksək sululuq (ongünlük normanın 120-260 %-i), Lənkəran-Astara bölgəsi çaylarında isə ongünlük normadan aşağı sululuq (ongünlük normanın 50-70%-i) müşahidə olunur. Kür çayının Qıraqkəsəmən məntəqəsində su sərfi 112 m3/san (ongünlük normanın 68,7 %-i), Qanıx çayının Əyriçay məntəqəsində isə su sərfi 53 m3/san (ongünlük normanın 75,1 %-i ) təşkil edir.Hazırda Kür çayının aşağı axınında suyun səviyyəsində kəskin dəyişiklik müşahidə olunmur. Belə ki, Kür çayının Surra məntəqəsində suyun hazırki səviyyəsi 496 sm (21 may 2010-cu ildə maksimal səviyyə 955 sm), Şirvanda 385 sm (18 may 2010-cu ildə maksimal səviyyə 853 sm), Bankədə 301 sm (18 may 2010-cu ildə maksimal səviyyə 503 sm ), Salyanda 213 sm (18 may 2010-cu ildə maksimal səviyyə 855 sm), Araz çayının Novruzlu məntəqəsində isə 266 sm (21 may 2010-cu ildə maksimal səviyyə 734 sm) təşkil edir.
URL / WWW
http://kelam.az/article/a-2686.html