Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » C.Nuriyev: “Müsavatdakı istefalar yeni Demokratik Müsavat Partiyasının yaradılmasına hesablanıb”
07.01.11 17:28

“Son iki ayda Müsavat Partiyasının rəhbərliyində baş verən ciddi istefalar həmin partiyanın liderinin yerində olmaması ilə bağlıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində politoloq Cümşüd Nuriyev bildirib. Politoloq təəssüflə qeyd edib ki, bu hal bizim müxalifətdə ənənəyə çevrilib. “Yəni, müxalifətdə artıq belə bir ənənə formalaşıb ki, hansısa seçkidə üzləşdikləri uğursuzluğdan sonra onun daxilində mütləq ciddi istefalar baş verir. Bu hal praktikada dəfələrlə olub. Məsələn, 2005-ci il seçkilərindən sonra AXCP-də də belə parçalanma getdi. Bu həmin partiyanın əsaslarının və prinsiplərinin yalnış olmasından irəli gəlir”,-deyə ekspert vurğulayıb. C.Nuriyevin sözlərinə görə, indiki parçalanmada oradakı müəyyən qüvvələrin bir məqsədi var. “Bu barədə məndə yetərli məlumatlar da var. Bu məqsəd əsasən yeni Demokratik Müsavat Partiyasının yaradılmasına hesablanıb. Bu barədə müxalifətin bəzi kuluarlarında artıq ciddi söhbət gedir. Bu partiya yaxın müddətdə ortaya çıxacaq. Bununla onlar Türkiyədəki partiyalara oxşar nə isə yeni bir şey yaratmaq istəyirlər. Bunu da məhz bu son iki ayda Müsavatdan istefa verənlər yaradacaqlar. Bu əslində əvvəldən düşünülən plandır. Çünki, onlar parlament seçkilərində Müsavat Partiyası olaraq uğursuzluğa düçar olacaqlarını bilirdilər. Bu addımla da ictimaiyyətdə yeni bir forma yaratmaq istəyirlər”,-deyə C.Nuriyev əlavə edib. Ekspert onu da qeyd edib ki, bu məqsəd altında olan istefalar son deyil. “Yaxın günlərdə Müsavatın iri şəhərlərdə olan təşkilatları da partiyanın sıralarından gedəcək”,-deyə o, bildirib. Qeyd edək ki, parlament seçkilərindən sonra Müsavat Partiyasında bir müddət əvvəl partiyanın iri funksionerlərindən olan Sülhəddin Əkbər və İbrahim İbrahimli istefa veriblər. Ötən günlərdə isə partiyanın sədr müavini Qabil Hüseynli və divan üzvü Adil Qeybulla da Müsavatın sıralarından istefa vermələri barədə bəyanat yayıblar.
URL / WWW
http://kelam.az/article/a-2684.html