Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Hillari Klinton Yaxın Şərq və Mərkəzi Asiya ölkələrinə səfərə çıxır
07.01.11 17:28

ABŞ Dövlət katibi Hillari Klinton sabah gözlənilmədən Yaxın Şərq və Asiya ölkələrinə səfərə çıxacaq. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Birləşmiş Ştatların Dövlət Departamenti məlumat yayıb. Səfər zamanı siyasi islahatların inkişaf etdirilməsi və regional təhlükəsizlik məsələləri diqqət mərkəzində olacaq. Beş gün sürəcək səfər zamanı xanım Klinton Birləşmiş Ərəb Əmirlikləri, Oman və Qətərdə olacaq. Qətərdə Dövlət katibi ABŞ-ın Yaxın Şərqdə siyasi islahatların gerçəkləşdirilməsinə yardım məqsədilə dəstəklədiyi Gələcəyin Forumunun yeddinci konfransında iştirak edəcək. Bundan sonra H.Klintonun Mərkəzi Asiya ölkələrinə də səfəri gözlənilir. Bu, son bir neçə ay ərzində dövlət katibinin regiona ikinci səfəridir.
URL / WWW
http://kelam.az/article/a-2682.html