Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Ötən il Azərbaycan kinoları 20-ə yaxın ölkədə nümayiş olunub
08.01.11 03:26

Ötən il Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə gənc kinematoqrafçılarımızın çəkdikləri qısametrajlı bədii filmlər İsveçrə, Birləşmiş Ərəb Əmirliyi, Rusiya, Ukrayna, Gürcüstan, Çexiya, Almaniya, Polşa, Rumıniya və İranda keçirilən beynəlxalq kinofestivallarda nümayiş etdirilib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin Kinematoqrafiya şöbəsinin sektor müdüri Yusf Şeyxov verib. O, qeyd edib ki, həmçinin Kanada, Yaponiya və Fransada “Qala”, Rusiya və Macarıstanda “Cavad xan”, Fransada “Kabusun gözü ilə” bədii filmlərinin, Sloveniyada “Onun adı Mixaylo idi”, Almaniyada “Ümid yeri”, Sankt-Peterburqda “Qafqaz qartalının uçuşu” sənədli filmlərinin nümayişi baş tutub. “Ötən ilin noyabrında keçirilmiş və 15 ölkənin təmsil olunduğu VII “START” Beynəlxalq tələbə filmləri festivalı da ilin yaddaqalan hadisələrindəndir”,-deyə sektor müdüri vurğulayıb.
URL / WWW
http://kelam.az/article/a-2680.html