Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sabahdan ölkə ərazisində qar yağacaq
08.01.11 03:25

Sabahdan Azərbaycanın rayonlarında hava yağıntılı olacaq, dağlıq və dağətəyi rayonlarda sulu qar, qar yağacaq. Bu barədə məlumatı KƏLAMİNFO-ya Milli Hidrometeorologiya Departamentindən veriblər. Bəzi yerlərdə yağıntının intensivləşəcəyi ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 5-10 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti təşkil edəcək. Yanvarın 9-10-da dağlıq və dağətəyi rayonlarda qar yağacağı gözlənilir. Arabir intensivləşəcəyi, ayrı-ayrı yerlərdə güclü olacağı ehtimalı var. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-4 dərəcə şaxta, gündüz 4-7 dərəcə isti, dağlarda gecə 4-8 dərəcə şaxta, gündüz 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti olacaq. Bakıda və Abşeron yarımadasında sabah buludlu hava şəraiti üstünlük təşkil edəcək, axşama doğru yarımadanın bəzi yerlərində yağış yağacağı gözlənilir. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-6, gündüz 7-9 dərəcə olacaq. Yanvarın 9-da hava şəraiti tutqun olacaq. Arabir yağış yağacağı proqnozlaşdırılır. Şimal, şimal-şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-8 dərəcə olacaq. Yanvarın 10-da da buludlu hava davam edəcək. Arabir yağış yağacağı gözlənilir. Şimal küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu gecə 3-5, gündüz 5-7 dərəcə təşkil edəcək.
URL / WWW
http://kelam.az/article/a-2678.html