Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » DAAD-ın bir qrup nümayəndə heyəti Azərbaycana gələcək
06.01.11 17:19

Yanvarın 10-11-i tarixlərində “Alman Akademik Mübadilə Xidməti” (DAAD) təşkilatının bir qrup nümayəndə heyəti Azərbaycana gələcək. Bu barədə KƏLAMİNFO-ya Almaniyanın ölkəmizdəki səfirliyinin mətbuat xidmətinin rəhəbəri Orxan Səttarov məlumat verib. O qeyd edib ki, səfər çərçivəsində nümayəndə heyətinin Təhsil Nazirliyinin rəsmiləri ilə görüşü olacaq. Onun sözlərinə görə, görüşdə əsasən növbəti bir qrup azərbacanlı gəncin Almaniyada təhsil almasını təmin etmək məsələləri müzakirə ediləcək. Xatırladaq ki, Almaniya ilə ali təhsil sahəsində əməkdaşlıq əlaqələrinin təməli hələ sovet dövründə Zigen Universiteti ilə Azərbaycan Dövlət Neft Akademiyası arasında və “Alman Akademik Mübadilə Xidməti (DAAD)” təşkilatı vasitəsilə qoyulub. Azərbaycanın Almaniya ilə təhsil əlaqələrinin böyük hissəsi Alman Akademik Mübadilə Xidmətinin (DAAD) fəaliyyəti ilə bağlıdır. Bu təşkilatın proqramları alman dilinin öyrənilməsi və tələbələr üçün Almaniyada yay məktəblərindən başlamış ali məktəblərin akademik heyəti və elmi-tədqiqat işçilərinin Almaniyada elmi təcrübə və tədqiqat aparmasına qədər çoxprofilli proqramları əhatə edir. DAAD-ın əsas məqsədi Almaniya ilə tərəfdaş ölkələr arasında akademik münasibətlərin inkişaf etdirilməsidir. Hələ ötən əsrin 60-cı illərindən Azərbaycanla tələbə mübadiləsi proqramlarını həyata keçirən DAAD hazırda Dövlət Proqramına əsasən azərbaycanlı gənclərin Almaniya universitetlərində təhsilinin təşkilatçısıdır.
URL / WWW
http://kelam.az/article/a-2677.html