Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ötən il rabitə və informasiya texnologiyaları sahəsi üçün uğurlu olub
06.01.11 17:10

Ötən il ərzində informasiya-kommunikasiya texnologiyaları (İKT) və poçt sektorundan əldə olunan gəlirlərin həcmi 2009-cu ilə nisbətən 31,3% artaraq 1158,9 mln. manata çatıb. Bu barədə məlumatı KƏLAMİNFO-a rabitə və İnflrmasiya Texnologiyaları Nazirliyindən veriblər.
Ötən il rabitə və informasiya texnologiyaları sahəsində bir sıra vacib işlər görülüb və mühüm uğurlar qazanılıb.
Belə ki, regionların telekommunikasiya şəbəkəsinin tam elektronlaşması başa çatdırılıb, ölkənin ən ucqar yaşayış məntəqələrində müasirtipli elektron ATS-lərin qurulması təmin edilib. Mobil rabitə sahəsində, mobil abunəçilərin sayı 2010-cu ildə təxminən 1 342 880 nəfər artaraq 9 100 000 nəfərə çatıb və beləliklə də ölkədə “hər 100 nəfərə 100 mobil abunəçi” layihəsi uğurla icra edilib.
Azərbaycanın beynəlxalq rabitə sisteminin dayanıqlılığının artırılması, optik şəbəkənin keçirtmə qabiliyyətinin genişləndirilməsi məqsədilə Siyəzən-Dəvəçi-Quba-Samur istiqamətində fiber-optik magistralın tikintisi başa çatdırılıb.
Dünya Bankının maliyyə dəstəyi ilə respublikada həyata keçirilən “Maliyyə xidmətlərinin inkişafı” layihəsi 2010-cu ildə uğurla başa çatıb və yeni bank-maliyyə xidmətlərinin göstərilməsinə başlanılıb.
Ötən il Azərbaycanın ilk telekommunikasiya peykinin orbitə buraxılması ilə əlaqədar orbital mövqedən istifadə, peykin istehsalı və orbitə çıxarılması üzrə müqavilələr imzalanıb və beləliklə də ölkənin ilk peykinin 2012-ci ilin IV rübündə orbitə çıxarılması istiqamətində mühüm addımlar atılıb.
Hesabat dövründə Bakı və Sumqayıt şəhəri və Abşeron yarımadası ilə yanaşı, Gəncə şəhəri, Lerik və ətraf rayonlarda rəqəmsal televiziyanın yayımına başlanılıb və bununla da respublika əhalisinin təqribən 50 faizinin yaşadığı ərazilərdə rəqəmsal televiziya yayımının göstərilməsi imkanlığı təmin edilib.
Hesabat ilində “Xalq kompüteri” layihəsinin yeni mərhələsinə başlanılıb və layihə çərçivəsində 10 000 orta və ali məktəb müəllimləri, tələbələr və şagirdlər güzəştli şərtlərlə və lisenziyalaşdırılmış proqram təminatı ilə təchiz edilmiş kompüterlər əldə edib.
Görülən işlər nəticəsində əhalinin hər 100 nəfərinə düşən kompüterlərin sayı 14-ə, internet istifadəçilərinin sayı 45-ə, o cümlədən genişzolaqlı internet istifadəçilərinin sayı 12-yə çatıb.
URL / WWW
http://kelam.az/article/a-2676.html