Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Qabil Hüseynli: “Müsavatdan istefam şəxsi deyil, siyasi xarakter daşıyır”
06.01.11 17:02

“Müsavat Partiyasından istefa verməyim şəxsi deyil, siyasi xarakter daşıyır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində partiyanın sabiq sədr müavini, politoloq Qabil Hüseynli bildirib. O, istefanın səbəbləri üzərində çox dayanmaq istəmədiyini bildirib. “Bundan sonra mənimlə bir yerdə istefa verən partiyanın divan üzvü Adil Qeybulla ilə birlikdə “Müsavat irsi və müasirlik” adlı yeni maarifləndirici qurum təsis etmək qərarına gəlmişik. Hazırda fəaliyyətimizi bu istiqamətdə qurmağı planlaşdırırıq”,-deyə Q.Hüseynli vurğulayıb. Qeyd edək ki, son aylar Müsavat Partiyasının digər müxalif təşkilat olan AXCP ilə birləşməsi ciddi müzakirə olunmaqdadır. Əksər ekspertlər hesab edirlər ki, son istefalar birbaşa olaraq bu birləşmə ideyası ilə bağlıdır, çünki Müsavatda bunun həm tərəfdarları, həm də əleyhdarları var. Xatırladaq ki, parlament seçkilərindən sonra Müsavat Partiyasında bu ilk istefa deyil. Bir müddət əvvəl partiyanın iri funksionerlərindən olan Sülhəddin Əkbər və İbrahim İbrahimli də istefa veriblər. Ötən gün isə partiyanın sədr müavini Qabil Hüseynli və divan üzvü Adil Qeybulla da Müsavatın sıralarında istefa vermələri barədə bəyanat yayıblar.
URL / WWW
http://kelam.az/article/a-2673.html