Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İ.Panarin: “Rusiya bu il Bakı və İrəvan arasında çox fəal olacaq”
07.01.11 03:00

“Şüphəsiz ki, 2012-ci ildə prezident seçkilərinin keçiriləcəyi Rusiya Bakı və İrəvan arasında ən fəal danışıqlar aparan rolunda mövqeyini möhkəmləndirmək üçün bütün imkanlara malikdir”. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə rusiyalı siyasi ekspert İqor Panarin bildirib. Onun sözlərinə görə, Rusiyada seçkiqabağı vəziyyət Minsk Qrupunun həmsədri olan digər iki ölkədə olan vəziyyətdən köklü şəkildə fərqlənir. “Keçmiş Sovet İttifaqı ölkələrinin işində iştirak çox güman ki, Kremlin imici üçün xeyirlidir. Prezident Dmitri Medvedevin göstərdiyi “üstün maraqlar zonası” Rusiya sakinlərinin düşüncəsində yad ölkələr deyil, köməyin göstərilməsinin lazım olduğu yaxın qonşulardır”,-deyə ekspert vurğulayıb. İ.Panarin bu deyilənləri nəzərə alaraq, 2011-ci ildə Dağlıq Qarabağ ətrafında sülh prosesi üzrə təşəbbüslərin əksəriyyətinin məhz Rusiyaya məxsus olacağını iddia edib.
URL / WWW
http://kelam.az/article/a-2672.html