Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » E.Hüseynov: “İstehlakçı hüququnu qoruyacaq yeni mükəmməl mexanizm yaradılacaq”
06.01.11 17:00

Azad İstehlakçılar Birliyi (AİB) tərəfindən istehlakçıların huquqlarının daha mükəmməl qorunması üçün yeni mexanizm yaradılacaq. Bu barədə KƏLAMİNFO-ya AİB sədri E.Hüseynov məlumat verib. Təşkilat sədri deyib ki, yeni mexanizm yaratmaq məqsədilə Avarasiya Fonduna dəstəklənməsi üçün dəyəri 28 300 dollar olan “İnfilyasiyanın aşağı düşməsi üçün istehlakçıların kollektiv məsuliyyətinin artırılması” adlı layihə təqdim edilib. E.Hüseynov bildirib ki, 8 aya həyata keçiriləcək 3 mərhələdən ibarət olacaq layihə çərçivəsində istehlakçı hüququnu qoruyacaq yeni mükəmməl mexanizm yaradılaraq hökumətə, biznesmenlərə təqdim olunacaq. “Bu gün dövlətin istehlakçının səsini eşidən heç bir mexanizmi yoxdur”,-deyən E.Hüseynov əlavə edib ki, yeni mexanizm satışı dövlət tərəfindən tənzimlənməyən maların qiymətini 15-20 faiz aşağı salacaq. “Prezidentin azad sahibkarlığın inkişafı ilə bağlı bir sıra fərmanları var. Ancaq yerlərdə özlərini istehlakçı hüququnu qoruyan təşkilat hesab edən bəzi qurumlar sahibkarlardan rüşvət alırlar. Nəticədə də sahibkar verdiyi rüşvəti satdığı maldan çıxarır və beləliklə, qiymətlər süni olaraq qaldırılır”,-deyə E.Hüsenyov əlavə edib. Onun sözlərinə görə, yaradılacaq yeni mexanizm dövlət tərəfindən dəstəklənərsə, bu, süni qiymət artımının qarşısını almaqla yanaşı, istehlakçıların hüuquqlarının qorunması istiqamətində mühüm addım olacaq.
URL / WWW
http://kelam.az/article/a-2671.html