Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DƏM-in əsasnaməsi və təşkilati strukturu üzrə qaydalarla bağlı təkliflər hazırlanacaq
06.01.11 17:00

Ötən ilin iyul ayından etibarən Dövlət Əmək Müfəttişliyinin (DƏM) beynəlxalq tələblərə cavab verən strategiyasının həyata keçirilməsi ilə bağlı Fəaliyyət Planına dəstək verilməsi məqsədi ilə hazırlanmış Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması layihəsinin icrasına başlanılıb. DƏM-in mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, 3 illik layihə çərçivəsində yerli və beynəlxalq ekspertlərin Azərbaycanda toplanacağı, DƏM-in rəhbər işçiləri ilə sıx əməkdaşlıq edərək, adıçəkilən qurumun potensialının gücləndirilməsinə dəstək vermək məqsədi ilə bir çox fəaliyyətlər həyata keçirəcəyi nəzərdə tutulur. Bu fəaliyyətlər peşə qəzaları və xəstəliklərinin azaldılması, iş şəraitinin yaxşılaşdırılması, işəgötürənlər, işçilər və ictimaiyyətin məlumatlandırılması səviyyəsinin artırılması və iş yerlərində qəzaların qarşısının alınması məsələsinə sosial tərəfdaşların (işəgötürənlər birlikləri və həmkarlar ittifaqları) cəlb olunmasına xidmət edəcək. Dünya Bankı və Azərbaycan Hökuməti tərəfindən maliyyələşdirilən layihə AETS-in (Fransa) rəhbərlik etdiyi və digər 4 tərəfdaşın daxil olduğu beynəlxalq konsorsium - GVG (Almaniya), BILSP (Bolqarıstan), BAD (Almaniya) and APAVE (Fransa) - tərəfindən icra olunur. Beynəlxalq ekspertlər qrupuna Niderland Əmək Müfəttişliyinin sabiq baş direktoru Paul Huijzendveld rəhbərlik edir. Layihənin birinci ili ərzində (2011-ci ilin avqust ayına kimi) əməyin mühafizəsinə dair qanunvericilik aktları, DƏM-in əsasnaməsi və təşkilati strukturu üzrə qaydalarla bağlı təkliflər hazırlanacaq.. Həmçinin, ölkə səviyyəsində (əməyin mühafizəsi üzrə Milli Şura), regional səviyyədə, sənaye və istehsal sektorları səviyyəsində əməyin mühafizəsi üzrə sosial dialoqun (dövlət, işəgötürənlər və həmkarlar ittifaqları arasında müzakirə) təşkili strukturu nəzərdən keçiriləcək və inkişaf etdiriləcək. DƏM-in lazımi informasiya əldə etməsi, prioritetləri müəyyənləşdirməsi və qabaqlayıcı planlaşdırma tədbirləri mexanizmlərinin inkişaf etdirməsini asanlaşdırmaq məqsədi ilə əmək müfəttişlərinin təlim ehtiyacları təhlil olunacaq və iş yerləri haqqında məlumat bazası işlənib hazırlanacaq. Layihə çərçivəsində 2011-2013-cü illərdə DƏM-in həyata keçirdiyi siyasətlər, əməliyyat prosedurları və etik davranış öhdəliklərinin inkişafı etdirilməsi, müfəttişlərə təlimlər keçirilməsi və DƏM-in laboratoriya avadanlıqlarına qoyulan tələblərin hazırlanması nəzərdə tutulur. Qeyd edək ki, “Dövlət Əmək Müfəttişliyinin Potensialının Artırılması” layihəsi də “Sosial Müdafiənin İnkişafı” layihəsi çərçivəsində icra edilir.
URL / WWW
http://kelam.az/article/a-2670.html