Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » DSMF-ya 49 614 müraciət ünvanlanıb
06.01.11 17:00

Ötən il ərzində Dövlət Sosial Müdafiə Fondunun (DSMF) "190" nömrəli telefon məlumat xidmətinə ümumilikdə 49 614 müraciət ünvanlanıb. DSMF-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, sorğu və müraciətlərin 54%-i canlı rejimdə, birbaşa olaraq məsləhətçi-operatorlar tərəfindən cavablandırılıb. Telefon məlumat xidmətinə daxil olan müraciətlərin 46%-i isə qeyri-iş günlərinə təsadüf edib və bu zaman suallara avtomatik olaraq elektron operator tərəfindən standart formada cavablar verilib. Hesabat dövründə “190" nömrəli telefon məlumat xidmətinə canlı rejimdə daxil olan sorğuların 47,6%-i (12 773) bilavasitə pensiya məsələlərinə aid olub. Müraciətlərin 25,8%-i (6909) məcburi dövlət sosial sığortasına dair sorğular əhatə edib. Məlumat xidmətinə ünvanlanan müraciətlərin 26,6%-i (7151) isə fərdi uçotun təşkili və digər məsələlərlə bağlı olub. Qeyd edək ki, telefon məlumat xidmətindən istifadə qaydaları barədə məlumat və xüsusi maarifləndirici videorolik DSMF-nin saytında (www.sspf.gov.az) yerləşdirilib. Məlumat xidməti canlı və avtomatik rejimdə olmaqla fasiləsiz fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-2669.html