Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb
07.01.11 02:59

“Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin apardığı araşdırmalara görə, ötən il internet resurs hazırlayan bələdiyyələrin sayı 42-ə çatıb. “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyindən KƏLAMİNFO-ya verilən məlumata görə, bunların ikisi yerli orqanların öz vəsaitləri hesabına, beşi isə layihə çərçivəsində istifadəyə verilib. Paytaxtın Binəqədi və Qaraçuxur bələdiyyələri ilə yanaşı, Ağcabədi və Bərdə rayonlarının beş bələdiyyəsinin internet resursu artıq istifadədədir. Qeyd edək ki, rayon bələdiyyələrinin resursları donor təşkilatlarının ayırdığı qrant hesabına İqtisadi Təşəbbüslər Mərkəzi tərəfindən hazırlanıb. İlk bələdiyyə resursu isə 2001-ci ildə Mərdəkan bələdiyyəsi tərəfindən hazırlanıb.Xatırladaq ki, “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyi cari ilin fevralında Ədliyyə Nazirliyində dövlət qeydiyatından keçib. İctimai birliyin əsas məqsədi Azərbacan bələdiyyə sisteminin inkişaf istiqamələrinin müəyyən edilməsi və problemlərin aşkar edilməsi ilə bağlı tədqiqatlar aparmaqla sistemin irəliləyişinə nail olmaqdır.
URL / WWW
http://kelam.az/article/a-2668.html