Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » ABŞ-da Qurani- Kərim yandırılıb
05.01.11 19:31

ABŞ-da Qurani-Kərim təhqir olunub. KƏLAMİNFO xarici mətbuata istinadən xəbər verir ki, Kuin Cessi Birləşmiş Ştatlardakı "Uşaq İslam Təhsili Akademiya"sına məktub yollayıb, sonra isə internetdəki "YouTube" videohostinq servisinde videomaterial yerləşdirib. Həmin videoda Qurani-Kərim cırılır, onun üzərinə donuz əti qoyulur, sonra isə Qurani-Kərim yandırılır, donuz ətindən hazırlanmış hamburgerin altına qoyulur. Hazırlanmış hamburgeri it yeyir. "YouTube" və "Facebook" saytlarında yerləşdirilmiş 5 dəqiqəlik videomaterialda Harrisonun üzü görünməsə də, polis onun niki və ünvanı vasitəsilə həmin şəxsi müəyyənləşdirib. Həbs edilmiş Harrisona qarşı prokurorluğun irəli sürdüyü ittihamda bildirilir ki, Kuin Cessi Harrison dini simvolları təhqir edir və nifrət hissləri yaratmağa cəhd göstərir.ABŞ-dakı Amerika-İslam Münasibətləri Komitəsinin Oklahoma ştatındakı bölməsinin icraçı direktoru Munir Avadın dediyinə görə, bu işin təfərrüatlardan xəbəri yoxdur.
URL / WWW
http://kelam.az/article/a-2666.html