Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Mədəniyyət » Moskvada Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş sərgi keçirilir
05.01.11 19:31

Rusiya Kulturologiya İnstitutunda Dünya Azərbaycanlılarının Həmrəylik Gününə həsr olunmuş rəssamların və tətbiqi sənət ustalarının əl işlərindən ibarət sərgi yanvarın 10-a kimi davam edəcək. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən veriblər. Sərgini Mədəniyyət və Turizm Nazirliyi, nazirliyin Elmi-Metodiki Mədəniyyətşünaslıq Mərkəzi və Rusiya Kulturologiya İnstitutu təşkil edib. Sərgidə rəssamlarımızın Azərbaycana həsr olunmuş əsərləri nümayiş etdirilir. Tətbiqi sənət ustalarının əl işləri isə Azərbaycanın nəsildən-nəslə ötürülən zəngin ənənələrindən xəbər verir.
URL / WWW
http://kelam.az/article/a-2661.html