Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Avropada havaların kəskin dəyişməsi damazlıq cins inəklərin ölkəyə gətirilməsinə təsir göstərib
05.01.11 19:31

Ötən il Azərbaycana gətirilməsi nəzərdə tutulan cins malların ölkəyə idxal olunması tam olaraq başa çatmayıb. Bu barədə məlumatı KƏLAMİNFO-ya "Aqrolizinq" ASC-nin mətbuat xidmətinin rəhbəri Pirvəli Həsənov söyləyib. Onun sözlərinə görə, Azərbaycan hökuməti tərəfindən ötən il bu məqsədlə ayrılan 3 mln. manat vəsait hesabına 902 baş cins damazlıq heyvanın ölkəyə gətirilməsi nəzərdə tutulurdu. Ancaq indiyədək 715 baş heyvan respublikaya gətirilib. Qalan 187 baş damazlıq heyvanın ötçn ilin sonuna kimi ölkəyə gətirilməsi planlaşdırılmışdı . Lakin Avropada havaların kəskin dəyişməsi ilə əlaqədar bu iş dayandırılıb. Çox güman ki, ötən il üçün nəzərdə tutulan cins inəklərin tam olaraq gətirilməsi yanvar-fevral aylarında baş tutacaq”,-deyə P.Həsənov bildirib. Xatırladaq ki, “Aqrolizinq” ASC Almaniya və digər ölkələrdən Azərbaycana cins mallar gətirir.
URL / WWW
http://kelam.az/article/a-2660.html