Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “Ümid” Partiyası yaz aylarında qurultay keçirəcək
05.01.11 19:31

“Ümid” Partiyasının cari ilin yaz aylarında qurultay keçirməsi planlaşdırılır. Bu barədə məlumatı KƏLAMİNFO-ya partiyadan veriblər. Hazırda partiyanın rayon təşkilatlarında qurultaya hazırlıq işləri gedir. Partiya yeni ildə təşkilatlanma işini gücləndirməyi planlaşdırır. Təşkilatlanma zamanı indiyə qədər Azərbaycanda tətbiq olunmayan metodlardan istifadə olunacağı bildirilsə də bu barədə hələ ki proqramın təsdiq olunmadığı vurğulanıb. Ona görə də indidən istifadə olunacaq metod açıqlanmayıb. Qeyd edək ki, partiya 2002-ci ildə keçirilən III Qurultay zamanı Vətəndaş Birliyi Partiyası (VBP) ilə birləşib və İqbal Ağazadə sədr seçilib. Hazırda Ümid Partiyası Milli Məclisdə 1 nümayəndə ilə təmsil olunur.
URL / WWW
http://kelam.az/article/a-2659.html