Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » İqbal Ağazadə: “Heç kim fəaliyyətinə görə hansısa partiyanın ləğv olunmasını irəli sürə bilməz”
05.01.11 19:31

“Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun hazırlanarkən heç kim passiv fəaliyyətinə görə hansısa partiyanın digər bir partiya ilə birləşməsi və ya ləğvi təklifini irəli sürə bilməz”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində “Ümid” Partiyasının sədri, millət vəkili İqbal Ağazadə bildirib. Partiya sədri qeyd edib ki, passiv və ya aktiv fəaliyyət göstərmək siyasi partiyanın öz işidir. “Beynəlxalq təcrübə də göstərir ki, belə hallar yalnız siyasi partiyanın öz Nizamnaməsi ilə həll olunur, kənardan hansısa qanunla onun ləğv olunması tələbini heç kim irəli sürə bilməz. Ən ciddi halda əgər partiya qanunları pozarsa, o zaman müvafiq cəza tədbirləri yalnız məhkəmələrin hökmü ilə verilə bilər. Yəni, bunun yeni hazırlanan qanunda əks olunması mümkün deyil”,-deyə millət vəkili vurğulayıb. İ.Ağazadə təklif edir ki, “Siyasi partiyalar haqqında” qanun qəbul edilən zaman bu məsələnin daha asan həll forması var. “Əgər siyasi partiyalardan hansısa biri passiv fəaliyyəti ilə mütəmadi olaraq seçkilərdə iştirak etmir və nəticədə yer qazana bilmirsə, o zaman ona maliyyə yardımını dayandırmaq olar. Bu zaman həmin partiya özü konkret qərar qəbul etmək məcburiyyətində qalacaq. Çünki, yeni qanuna görə siyasi partiyaların maliyyələşməsi zamanı heç bir partiya kənardan maliyyələşdirilə bilməz. Edilən maliyyənin qarşılığında əgər partiyadan siyasi fəallıq tələb olunursa, partiya özü fəaliyyətini bərpa etməyə məcbur olacaq. Əks, halda mən hansısa partiyanın ləğv olunmasının qəti əleyhinəyəm”,-deyə millət vəkili əlavə edib. Xatırladaq ki, Azərbaycanda “Siyasi partiyalar haqqında” qanun 1992-ci ildə qəbul olunub və hazırda ölkədə 54 siyasi partiya qeydiyyatdan keçib. Milli Məclisin dekabrın 21-də keçirilən iclasında Milli Quruluş Partiyasının sədri, millət vəkili Fazil Mustafa tərəfindən qanunun yenidən hazırlanması təklifini irəli sürüb. Parlamentin vitse-spikeri Bahar Muradova da hazırkı qanunun günün tələblərinə cavab vermədiyini bildirib və bunun yenidən hazırlanmasının zəruriliyini təsdiqləyib. Milli Məclisin dekabrın 30-da keçirilən iclasında isə hakim Yeni Azərbaycan Partiyasının funksioneri Siyavuş Novruzov “Siyasi partiyalar haqqında” qanunun yenidən hazırlanması ilə bağlı onlarda hazır təkliflərin olduğunu bildirib. Hakim partiya tərəfindən irəli sürüləcək təkliflərdə partiyaların dövlət tərəfindən maliyyələşməsi və siyasi passivliyi olan partiyaların qeydiyyatının ləğv olunması da əsas müzakirə obyektidir.
URL / WWW
http://kelam.az/article/a-2658.html