Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » “M.Brayzanın Azərbaycana səfir təyin olunması Ermənistanın xarici siyasətində cərəyan edən uğursuzluğun nəticəsidir”
06.01.11 02:29

“Metyu Brayzanın Azərbaycana səfir təyin olunması Ermənistanın daxili siyasətində başlayan uğursuzluğun son aylar xarici siyasətində cərəyan edən davamıdır”. Bu barədə KƏLAMİNFO-ya müsahibəsində Prezident yanında Geostrateji Araşdırmalar Mərkəzinin direktor müavini, politoloq Elman Nəsirov bildirib. Onun fikirincə, bu, Ermənistanın xarici siyasətində son zamanlar yaranan dərin çatların təzahür formalarından biridir. “Nəzərə alaq ki, Ermənistanın son bir ildə xarici siyasətinin əsas prioritetlərindən biri M.Brayzanın Azərbaycana səfir kimi gəlməsinin qarşısını almaq idi. Lakin, bu şəxsən ABŞ prezidenti tərəfindən baş verdi. Çünki, İrəvan 2010-cu ildə xarici siyasətdə, xüsusən də ABŞ-la münasibətdə özü üçün heç də xoşa gəlməz sürprizlərlə üzləşdi. Bunların da kulminasiya nöqtəsi ilin sonuna yaxın erməni lobbisinin Birləşmiş Ştatlarda törətdiyi dəhşətli cinayətin üstünün açılması oldu. Bu ABŞ-a 100 milyonlarla ziyan vuran 150 nəfərdən ibarət erməni mafiyasının tutulmasıdır. Həmin qrupun da birbaşa Ermənistan prezidentinin qardaşı ilə, dolayısı ilə Serj Sarkisyanın özü ilə bağlı olmasının aşkarlanması erməni hakimiyyətinin xarici ümidlərini puç etdi”,-deyə ekspert vurğulayıb. E.Nəsirovun sözlərinə görə, ermənilərin “Brayza” əməliyyatının iflasa uğraması da məhz bunun nəticəsidir. Qeyd edək ki, ötən ayın 29-da ABŞ prezidenti Barak Obama M.Brayzanı Azərbaycana səfir təyin edib. Ağ evdən bildirilir ki, Senat tətildə olanda Konstitusiya prezidentə səfiri birbaşa təyin etmək hüququ verir. Xatırladaq ki, B.Obama Brayzanın səfir postuna namizədliyini mayın 26-da irəli sürmüşdü. Amma Senat indiyə kimi onun namizədliyini təsdiqləməmişdi. M.Brayzanın namizədliyinin təsdiq olunamaması erməni lobbisinin narahatlığı ilə bağlı idi. Erməni Milli Komitəsi ABŞ senatorlarına müraciət edərək onları Amerikanın Cənubi Qafqazda maraqlarına toxunan məsələlərlə bağlı M.Brayzanın diplomatik fəaliyyətini diqqətlə araşdırmağa çağırıb. M.Brayza 1988-ci ildən diplomatik fəaliyyətdədir. Onun son fəaliyyəti Cənubi Qafqazla, Azərbaycanla bağlı olub. Belə ki, 2006-cı ildən ATƏT-in Minsk Qrupunun həmsədri postunu tutub, daha sonra dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsinə keçib.
URL / WWW
http://kelam.az/article/a-2656.html