Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 14239 müraciət daxil olub
06.01.11 02:29

Ötən il ərzində Təhsil Nazirliyinin “qaynar-xətt” xidmətinə 14239 müraciət daxil olub. Bu barədə məlumatı KƏLAMİNFO-ya müsahibəsində Təhsil Nazirliyi Ali və orta ixtisas təhsili şöbəsinin baş məsləhətçisi, “qaynar-xətt”in xidmətinin koordinatoru Ənvər İmanov söyləyib. Ə.İmanov bildirib ki, müraciətlərin 70 faizi sorğu, qalanları isə şikayət xarakterli olub. Onun sözlərinə görə, sorğular operativ olaraq cavablandırılıb, şikayətlər isə araşdırılaraq müvafiq tədbirlər görülüb. Ə.İmanov “qaynar-xətt” xidmətinin və Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupun ötən ilki fəaliyyəti ilə bağlı hesabatın artıq hökumətə və Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə göndərildiyini söyləyib. Qeyd edək ki, Təhsil Nazirliyndə, “qaynar-xətt” xidməti ilə yanaşı, Korrupsiyaya Qarşı Mübarizə üzrə İşçi Qrupu da fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-2654.html