Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Baş Prokurorluq 100 ştat vahidi üzrə müsabiqə elan edir
06.01.11 02:29

Baş Prokurorluq “Prokurorluğa işə qəbul olunmaq üçün namizədlərlə müsabiqə keçirilməsi qaydaları haqqında” Əsasnaməyə uyğun olaraq prokurorluq orqanlarına qəbul olunmaq arzusunda olan şəxslər üçün 100 ştat vahidi üzrə müsabiqə elan edir. Baş Prokurorluqdan KƏLAMİNFO-ya bildiriblər ki, prokurorluq orqanlarına işə qəbul olunmaq istəyən və qanunvericiliklə müəyyən edilmiş tələblərə cavab verən şəxslər aşağıda qeyd edilən sənədləri təqdim etməklə Baş Prokurorluğa müraciət edə bilərlər: Prokurorluğa işə qəbul olunmaq istəyən hər bir namizədin hazırlığının, bilik səviyyəsinin, ümumi dünyagörüşünün, prokuror və ya müstəntiq vəzifəsinə yararlığı və layiqliyinin müəyyən edilməsi məqsədi ilə aşkarlıq şəraitində, şəffaf üsullarla, beynəlxalq tələblərə uyğun keçirilən ixtisas imtahanları (test və yazılı imtahanlar) və müsahibədən ibarət müsabiqə təşkil ediləcək. Müsabiqədə bərabər nəticələr əldə etmiş şəxslərdən xarici dilləri mükəmməl bilənlərə üstünlük veriləcək.Prokurorluğa işə qəbul olunmaq üçün sənədlərini təqdim etmək istəyənlərin nəzərinə çatdırılır ki, onların ali hüquq təhsili Azərbaycan Respublikası ərazisində müvafiq qaydada tanınan diplomla təsdiq edilməli, seçkilərdə iştirak etmək hüququ olmalıdır. Prokurorluğa işə 30 yaşınadək olan Azərbaycan vətəndaşları qəbul olunurlar. “Prokurorluq haqqında” Qanuna əsasən Prokurorluğa işə qəbul edilmirlər: ikili vətəndaşlığı olan şəxslər; digər dövlətlər qarşısında öhdəlikləri olanlar; din xadimləri; fəaliyyət qabiliyyətsizliyi və ya məhdud fəaliyyət qabiliyyəti məhkəmə tərəfindən təsdiq edilmiş tibbi rəyə əsasən fiziki və ya əqli qüsurlarına görə prokuror və ya prokurorluğun müstəntiqi vəzifələrini yerinə yetirməyə qadir olmayan şəxslər; alkoqolizm, narkomaniya, toksikomaniya və digər ağır xəstəliklərə tutulmuş şəxslər (bu barədə həkim rəyi olduqda); əvvəllər məhkum olunmuş, habelə bəraətverici əsaslar olmadan barəsində cinayət işinin icraatına xitam verilmiş şəxslər; əvvəllər yol verdiyi kobud nöqsanlara və ya prokuror və müstəntiq adı ilə bir araya sığmayan hərəkətlərə görə vəzifədən azad edilmiş şəxslər; qanunla müəyyən edilmiş müddətli həqiqi hərbi xidmət keçməmiş çağırış yaşlı vətəndaşlar. Müsabiqənin test imtahanının tarixi, imtahan sualları, onların hazırlanmasında istifadə edilmiş qanunların siyahısı və digər məlumatlar barədə mətbuatda, Baş Prokurorluğun internet saytında (www.genprosecutor.gov.az) və Qəbul otağında yerləşdirilmiş lövhədə əlavə elan veriləcək.
URL / WWW
http://kelam.az/article/a-2653.html