Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Toylı Komekov bu gün Bakıya gəlib
05.01.11 19:29

Türkmənistanın Azərbaycana yeni təyin olunmuş səfiri Toylı Komekov vəzifəsinin icrasına başlamaq üçün bu gün Bakıya gəlib. Türkmənistanın Bakıdakı səfirliyindən KƏLAMİNFO-ya bildiriblər ki, səfir etimadnaməsini prezident İlham Əliyevə təqdim edəndən sonra vəzifəsinin icrasına rəsmən başlayacaq. Qeyd edək ki, T.Komekov dekabrın 23-də Türkmənistan prezidenti Qurbanqulu Berdıməhəmmədovun sərəncamı ilə Azərbaycana səfir təyin olunub. Xatırladaq ki, buna qədər Toylı Komekov Türkmənistan prezidenti yanında Xəzər məsələləri üzrə Dövlət Müəssisəsinin sədri olub, Xəzərin hüquqi statusu və təhlükəsizliyi ilə bağlı görüşlərdə ölkəsini təmsil edib, dəfələrlə Bakıda səfərdə olub.
URL / WWW
http://kelam.az/article/a-2652.html