Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Sabirabad rayon perinatal mərkəzinin açılışı olub
30.12.10 15:45

Səhiyyə naziri Oqtay Şirəliyevin iştirakı ilə Sabirabad rayon perinatal mərkəzinin açılışı olub. Bu barədə məlumatı Səhiyyə Nazirliyindən veriblər. İki mərtəbəli, bütün tibbi avadanlıq, sarğı və dərman preparatları ilə təmin olunmuş mərkəzin birinci mərtəbəsi əsasən hamiləliyin patologiyası və qəbul bölməsi kimi, 2-ci mərtəbəsi isə fərdi doğuş və laboratoriya otaqları kimi nəzərdə tutulub. Mərkəzdə yenidoğulmuşların intensiv terapiya palatası habelə əməliyyat bloku da bütün müasir tibbi standartlara cavab verən avadanlıqlarla tam təmin olunub. Burada istilik və qida ilə təminata da ciddi diqqət ayrılıb. Mərkəz 156 min yerli əhali, 5 minə yaxın qaçqın və ətraf rayonların sakinlərinə xidmət göstərəcək.Qeyd edək ki, Sabirabadda istifadəyə verilən mərkəz Ana və uşaqların sağlamlığının qorunması dövlət proqramı ilə nəzərdə tutulmuş 7 perinatal mərkəzlərdən sayca 6-cısıdır. Xatırladaq ki, Bakı, Naxçıvan, Gəncə, Lənkəran, Quba perinatal mərkəzləri artıq fəaliyyət göstərir.
URL / WWW
http://kelam.az/article/a-2650.html