Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5.5% olub
30.12.10 16:06

Cari ilin 11 ayında Mərkəzi Bank valyuta bazarında 1 mlrd. dolardan çox həə xarici valyuta alışı həyata keçirib. Bu barədə məlumatı KƏLAMİNFO-ya Mərkəzi Bankdan veriblər. Manatın ABŞ dollarına qarşı nominal məzənnəsi sabit qalaraq 0.4% möhkəmlənib. Qeyri-neft sektoru üzrə real effektiv məzənnə demək olar ki, neytral qalıb, Azərbaycanın qeyri-neft ixracının çox hissəsinin getdiyi yaxın xarici ölkələr üzrə isə ucuzlaşıb ki, bu da rəqabət qabiliyyətinə müsbət təsir edib.Cari ildə Mərkəzi Bank yumşaq pul siyasətini davam etdirib, lakin, dəqiqləşmiş proqnozları nəzərə alaraq noyabr ayında pul siyasətinin “neytrallığı” istiqamətində qərarlar qəbul edib. İşgüzar aktivliyi dəstəkləmək üçün cari ilin oktyabr ayının sonunadək Mərkəzi Bank pul siyasətini dəyişməmiş, uçot dərəcəsi 2%, məcburi ehtiyat norması 0.5% səviyyəsində qalıb, likvidlik pəncərəsi isə açıq saxlanılıb. Mərkəzi Bankın əməliyyatları hesabına cari ilin 11 ayında manatla geniş pul kütləsi 20.2% artıb. Bu, faiz dərəcələrinə azaldıcı təsir edib. Lakin, ilin II yarısının sonlarında Mərkəzi Bank tərəfindən daim təhlil olunan tsikl göstəriciləri arasında pul siyasətinin korreksiyası lehinə olan göstəricilərin sayı artmağa başlayıb. Məcmu tələbin canlanması, inflyasiya amillərini və tədiyə balansının proqnozlarını nəzərə alaraq Mərkəzi Bank noyabr ayının 1-dən uçot dərəcəsinin 3%-ə qaldırılmasına dair qərar qəbul edib. Dövr ərzində inflyasiya təkrəqəmli səviyyədə qalıb, cari ilin 11 ayının yekunu üzrə orta illik inflyasiya 5.5%, son bir ildə isə 7.4% təşkil edib. Əlverişsiz təbii mühit kənd təsərrüfatı istehsalının azalmasına səbəb olub, nəticədə kənd təsərrüfatında istehsalçı qiyməti indeksi 11 ayda 3.7% yüksəlib.
URL / WWW
http://kelam.az/article/a-2649.html