Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident: “Gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacaq”
31.12.10 01:45

Bu gün Azərbaycan informasiya müharibəsində dünyadakı erməni lobbisinə qalib gəlir. KƏLAMİNFO xəbər verir ki, bu fikirləri Prezident İlham Əliyev jurnalistlərin dostu mükafatının təqdimat mərasimində çıxışı zamanı bildirib. Hazırda ölkəmizin informasiya müharibəsi şəraitində yaşadığını, dünyadakı erməni lobbisinin bizə qarşı informasiya müharibəsi apardığını söyləyən prezident İlham Əliyev bu mübarizədə Azərbaycanın qalib gəldiyini diqqətə çatdırıb. Dövlət başçısı deyib ki, bunu ermənilərin son vaxtlar isterik hərəkətləri də sübut edir. “Biz hücum diplomatiyası aparırıq”, - deyən prezident İlham Əliyev vurğulayıb ki, vaxt keçdikcə bu sahədə uğurlarımız daha çox olacaq. Dövlət başçısı jurnalist peşəsinin çətin və məsuliyyətli olduğunu deyərək gələcəkdə də media işçilərinin sosial problemlərinin həlli istiqamətində mühüm addımların atılacağını diqqətə çatdırıb. Bildirib ki, 2010-cu ildə bu sahədə həyata keçirilən tədbirlər növbəti illərdə də davam etdiriləcək. “Bu işdən məqsəd jurnalistlərin sosial problemlərinin həllinə yardımçı olmaqdır”,-deyən prezident İlham Əliyev “Jurnalistlərin dostu” mükafatını almaqdan məmnun olduğunu vurğulayıb. Dövlət başçısı Azərbaycan dövlətinin bundan sonra da mediaya öz dəstəyini davam etdirəcəyini söyləyib. Bildirib ki, ölkəmizdə müasir jurnalistikanın formalaşmasının əsas istiqamət kimi götürülüb.
URL / WWW
http://kelam.az/article/a-2647.html