Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Əmək pensiyalarının ödəniş xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur
30.12.10 02:28

2011-ci il ərzində Dövlət Sosial Müdafiə Fondu (DSMF) tərəfindən pensiyaçıların sosial müdafiəsinin gücləndirilməsi və sığorta-pensiya islahatlarının təmin edilməsi siyasəti davam etdiriləcək. Fondun mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, bu baxımdan 2011-cu ildə əhaliyə ödənişlər DSMF-nin xərclərinin 97,2%-i səviyyəsində və ya 1916,98 mln. manat proqnozlaşdırılır. Əhaliyə ödənişlərin 2011-ci il üçün nəzərdə tutulan proqnozu 2010-cu ilə nisbətən 200,0 mln. manat və ya 11,7% çoxdur. Gələn ildə əmək pensiyalarının ödənişi xərclərinin proqnozu 1852,4 mln. manat nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 11,4 % və ya 189,9 mln. manat çoxdur. Əmək pensiyalarının baza hissəsi üzrə xərclərin proqnozu əlavələrlə birgə 1317,13 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilə nisbətən 12,8 % və ya 149,6 mln. manat çoxdur. Pensiyanın sığorta hissəsinin əmək pensiyalarının ödənişi xərclərində xüsusi çəkisi 2011-ci ildə 29% təşkil edəcək. 2011-ci ildə məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlərin proqnozu 64,5 mln. manat məbləğində nəzərdə tutulur ki, bu da 2010-cu ilin təsdiq olunan proqnozuna nisbətən 18,7% və 10,2 mln. manat çoxdur. Qarşıdan gələn ildə "2009-2015-ci illərdə ölkədə sığorta-pensiya sisteminin inkişafına dair Dövlət Proqramı"na uyğun olaraq islahat tədbirləri davam etdiriləcək. Bura sığorta-pensiya sisteminin perspektiv inkişafının aktuar modelləşdirmə əsasında proqnozlaşdırılmasının təmin edilməsi, avtomatlaşdırılmış pensiya təyinatı sisteminə keçidin təmin olunması məqsədi ilə tədbirlərin həyata keçirilməsi, dövlət sosial sığorta sistemində sığortaolunanların fərdi məlumatlarının qorunması mexanizmlərinin gücləndirilməsi və digər digər mühüm vəzifələr daxildir.
URL / WWW
http://kelam.az/article/a-2645.html