Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Məcburi köçkün tələbələrin təhsil haqları oxuduqlara ali məktəbə kompensasiya edilə bilər
28.12.10 20:59

Təhsil naziri Misir Mərdanov ali məktəblərə ödənişli əsaslarla qəbul olan məcburi köçkün və qaçqın statuslu tələbələrin təhsil haqlarının müvafiq qaydada kompensasiya edilməsi təklifi ilə çıxış edib. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı nazir M.Mərdanov söyləyib. Nazir irəli sürdüyü təklifini də əsaslandırıb. “Dövlət məcburi köçkünlərin digər sosial xərcələrini nəzərə aldığı kimi, təhsil xərclərini də nəzərə ala bilər və bununla da ali məktəblərin probleminin xeyli hissəsi həll olunmuş olar”,-deyə M.Mərdanov əlavə edib. Nazir ali məktəbələrin yataqxanalarının boşaldılması məsələsinə də münasibət bildirib. Qeyd edib ki, bu prosesə gələn ildən etibarən Bakı Dövlət Universitetindən (BDU) başlanacaq. Xatırladaq ki, hazırda məcburi köçkün rayonundan olan tələbələr qəbul olduqları ali təhsil müəssisəsindən arayış alaraq Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə təqdim edir və onun əsasında da dövlət həmin tələbənin illik təhsil xərcini öz üzərinə götürmüş olur.
URL / WWW
http://kelam.az/article/a-2642.html