Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Elm və təhsil » Paytaxtdan kənarda yerləşən ali məktəblərə qəbulda müsabiqə balı aşağı salına bilər
29.12.10 03:58

Paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balı müəyyən qədər aşağı olsa yaxşıdır. KƏLAMİNFO xəbər verir ki, bu barədə açıqlamanı təhsil naziri Misir Mərdanov söyləyib. “Məsələn, Mingəçevirdə texniki institut var. Əlbəttə, oradakı texniki şəraitlə Bakıda yerləşən Texniki Universitetin şəraitini müqayisə etmək olmaz. Bu baxımdan deyirik ki, həmin məktəblərə müsabiqə balının aşağı salınması yaxşı hal ola bilər. Bu təklifin nəzərə alınıb-alınmaycağı barədə isə bir söz deyə bilmərəm. Çünki bu, bizim təklifimizdir”,-deyə M.Mərdanov təklifini əsaslandırıb. Xatırladaq ki, bir neçə ay öncə Təhsil Nazirliyində nazir Misir Mərdanov, maliyyə naziri Samir Şərifov, iqtisadi inkişaf naziri Şahin Mustafayev, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının sədri Məleykə Abbaszadə, Nazirlər Kabinetinin şöbə müdiri İsmayıl Sadıqov, ali məktəb rektorları və aidiyyatı nazirliklərin məsul işçilərinin iştirakı ilə kollegiya iclası keçirilib. İclasda nazir M.Mərdanov ”Ali təhsildə yeni maliyyələşdirmə mexanizminin tətbiqi ilə bağlı mövcud vəziyyət və təkliflər” mövzusunda məruzə-təqdimatla çıxış edib, bir sıra təkliflər səsləndirib. Nazir təklif edib ki, paytaxtdan kənarda yerləşən ali məktəblər üçün dövlət sifarişi ilə müsabiqə balı ayrıca müəyyənləşdirilsin.
URL / WWW
http://kelam.az/article/a-2639.html