Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » Mehriban xanım Əliyeva “Gənclərin dostu” mükafatına layiq görülüb
28.12.10 20:58

Bu gün Azərbaycanın birinci xanımı, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti, millət vəkili Mehriban Əliyeva “Gənclərin dostu” mükafatına layiq görülməsi ilə bağlı tədbir keçirilib. KƏLAMİNFO xəbər verir ki, mükafat “Gənc Liderlər” Uşaq və Gənclər Təşkilatı tərəfindən təqdim olunub. Təşkilatın sədri Fərid Şahbazlı mükafat bütün sahələrdə olduğu kimi, gənclərə göstərdiyi diqqət və qayığısına görə Mehriban xanım Əliyevaya verildiyini bildirib. O, cari ildə Azərbaycanda reallaşdırılan dövlət gənclər siyasətindən, ölkəmizdə gənclərin hərtərəfli inkişafı üçün yaradılan şəraitdən danışıb. Bildirib ki, bu il ərizində dövlətin müxtəlif strukturları tərəfindən gənclərin Azərbaycan xalqının tarixinə, dəyərlərinə hörmət ruhunda formalaşması, gənclər arasında hüquq pozuntularının, narkomaniyanın və digər zərərli vərdişlərin minimuma endirilməsi, gənclərin beynəlxalq əməkdaşlığı sahəsində layihlərin həyata keçirilməsi və digər istiqamətlər üzrə zəruri addımlar atılıb. Qeyd edək ki, “Gənclərin dostu” mükafatı adına bir sıra millət vəkilləri və dovlət qurumlarına da təqdim olunub. Mükafat millət vəkillərindən Bahar Muradova, Fəttah Heydərov, Aydın Mirzəzadə, Eldar İbrahimov, Cavid Qurbanov, Çingiz Əsədullayev, Jalə Əliyeva, Hüsenbala Mirələmov, İsa Həbibbəyli, Cavanşir Paşazadə və dövlət qurumlarından isə Fövqəladə Hallar Nazirliyi, Diaspora ilə İş üzrə Dövlət Komitəsinə verilib. “Gənclərin dostu” mükafatı ölkədə fəaliyyət göstərən bir sıra İcra Hakimiyyətləri, univerisitetlər, media qurumalrına da təqdim olunub.
URL / WWW
http://kelam.az/article/a-2638.html