Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dövlət və din » Prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib
29.12.10 03:57

Bu gün prezident İlham Əliyev Oğuz-Qəbələ-Bakı su kəmərinin açılış mərasimində iştirak edib. KƏLAMİNFO xəbər verir ki, ümumi uzunluğu 252,4 km olan Oğuz-Qəbələ-Bakı su kəməri ilə paytaxta saniyədə 5 kubmetr su daxil olacaq. Bu da Bakıda suyun verilişində yaranan uzun fasilələrin və su qıtlığı probleminin aradan qalxmasına imkan verəcək. Kəmər Bakının 5 rayonunu su ilə təmin edəcək. Bunlar Yasamal, Nəsimi, Nərimanov, Səbail rayonunun əsas hissəsi və Binəqədi rayonunun bir hissəsidir. Kəmərlə gələn suyun paytaxtda istifadə olunmayan hissəsi isə Ceyranbatan Su Anbarına ötürüləcək. Bildirilib ki, Bakı şəhərinin su təchizatının yaxşılaşdırılması məqsədilə prezident İlham Əliyevin göstərişinə əsasən, Oğuz–Qəbələ-Bakı su kəmərinin çəkilməsinə başlanılıb. 2007-ci il martın 1-də Oğuzda dövlət başçısının iştirakı ilə Dövlət Neft Fondu tərəfindən maliyyələşdirilən kəmərin təməlqoyma mərasimi keçirilib. Diametri 2 metr olan şüşəlifli poliestr borulardan (GRP) quraşdırılmış 262 kilometr uzunluğunda boru kəməri suyun öz axını ilə Bakı şəhərinə nəqlini təmin edəcək. Layihə çərçivəsində sugötürücü qovşaqda və Bakı şəhərinin girişində su anbarları, xlorlama qurğuları, idarəetmə aparatı və laboratoriya üçün binalar, kamera, emalatxana, maşın-mexanizmlər üçün qaraj, su bölüşdürücü və digər qurğular tikilib. Prezident İlham Əliyev Bakı şəhərini içməli su ilə təmin edən qurğunu işə salıb. İnşaatçıları təbrik edən dövlət başçısı onlara uğurlar arzulayıb.
URL / WWW
http://kelam.az/article/a-2636.html