Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Cəmiyyət » ARDNŞ prezidenti TPAO şirkətinin nümayəndə heyətini qəbul edib
28.12.10 16:35

Dövlət Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev Türkiyə Petrollari Anonim Ortaqlığı (TPAO) şirkətinin prezidenti Mehmet Uysalın rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. ARDNŞ-nin mətbuat xidmətindən KƏLAMİNFO-ya verilən məlumata görə, R.Abdullayev TPAO ilə ARDNŞ-nin uzun müddət ərzində “Azəri-Çıraq-Günəşli”, “Şahdəniz”, Bakı-Tbilisi-Ceyhan kimi layihələr çərçivəsində tərəfdaşlıq etdiklərini bildirib, həmin layihələrin bu gün də uğurla davam etdiyini söyləyib. ARDNŞ ilə əməkdaşlıqdan məmnunluğunu ifadə edən M. Uysal “Ümid” yatağının kəşf edilməsində Dövlət Neft Şirkəti kollektivinin əməyini yüksək qiymətləndirərək, bu hadisə münasibəti ilə Şirkət rəhbərliyinə öz təbriklərini çatdırıb. TPAO-nun Azərbaycandan başqa bir çox digər ölkələrdə də fəaliyyət göstərdiyini qeyd edən qonaq şirkətin bir sıra xarici layihələri barədə azərbaycanlı həmkarına ətraflı məlumat verib. O, ARDNŞ-nin Azərbaycan və Türkiyədə həyata keçirdiyi layihələri diqqətlə izlədiklərini və həmin layihələrə böyük maraq göstərdiklərini qeyd edib. Son illər ölkənin neft-qaz, neft emalı və neft-kimya sənayesində qazanılan uğurlardan bəhs edən R.Abdullayev, bu uğurlarda ARDNŞ-nin böyük əməyinin olduğunu söyləyib. O, şirkətin ölkə daxilində planlaşdırdığı işlərdən danışıb, həmçinin Gürcüstan, Türkiyə, Ukrayna və digər ölkələrdə həyata keçirdiyi investisiya layihələri barədə qonağa məlumat verib.
URL / WWW
http://kelam.az/article/a-2635.html