Müəllif hüququ © WWW : Kelam Jurnalı
Bütün hüquqları qorunur. Məlumatlardan istifadə etdikdə agentliyiə istinad mütləqdir.
Məqələnən adı , Yerləşdirilib Məqələlər » Dünyada » Qafqaz ölkələri vahid ittifaqda birləşə bilər
29.12.10 02:35

Qafqaz ölkələrinin ittifaq halında birləşməsi o qədər də çətin deyil. KƏLAMİNFO rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Qafqaz Geosiyasi Tədqiqatlar Fondunun rəhbəri Maqometali Daudov bildirib. O, qeyd edib ki, bunun üçün bölgə dövlətləri ilə mümkün razılığın əldə olunması kifayətdir. “Bütün problemlərə, toqquşma və mövqe müxtəlifllikləri, habelə məhəlli münaqişələrə rəğmən fikrimcə, vahid Qafqaz ideyasının yaşamaq hüququ var. Bu ideya gözəldir və onu həyata keçirmək üçün bölgə dövlətlərindən iradə tələb olunur. Belə iradə olarsa, regionda bütün problemləri həll etmək mümkündür”,-deyə M.Daudov vurğulayıb. Qeyd edək ki, Qafqazın vahid ittifqda birləşməsi ideyası Gürcüstan prezidenti Mixail Saakaşvili tərəfindən irəli sürülüb. O, vahid Qafqaz ideyasının reallaşacağını və Qafqazın birləşəcəyini hesab edir.
URL / WWW
http://kelam.az/article/a-2634.html